BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Universiteti" bu şirkəti yenidən məhkəməyə verdi

"Azərbaycan Universiteti" MMC "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-ni yenidən məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı İnzibati Məhkəməsinə müraciət edib.

 

Belə ki, universitet torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələbi irəli sürüb.

 

İş hakim Miminat Hacıbəyovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Cavabdeh qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də göstərilib.

 

Qeyd: Daha əvvəl "Azərbaycan Universiteti" MMC-ni "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-ni məhkəməyə verib. Bakı Kommersiya Məhkəməsi universitetin iddiasını təmin edib.

 

Kamal Məmmədov

Tarix: 10 Avqust 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin