BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkət ilə DSX-nin məhkəmə çəkişməsi - QƏRAR

Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia qismən təmin edilib.

 

Qeyd: “Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

 

Kamal Məmmədov

Tarix: 10 Avqust 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin