BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputatın nəzarətində olduğu bildirilən şirkətə cərimə protokolu yazıldı

“Gəncə dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Şirkətin Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun nəzarətində olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 10 Avqust 2023, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin