BURADA REKLAMINIZ OLA
BİLƏR

Qafqaz Konserv Zavoduna inzibati protokol yazıldı

“Qafqaz Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadənin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Meyvə-tərəvəz zavodu “Azərsun Holdinq”ə məxsusdur.

 

Xəyal Quliyev

Tarix: 10 Avqust 2023, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin