BURADA REKLAMINIZ OLA
BİLƏR

“Frukt.is” məhkəməyə verildi

“Fruk.is” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 10 Avqust 2023, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin