BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafanı təhdid edən şəxsin qardaşı məhkəmə qarşısında

Dövlətə xəyanətdə təqsirləndirilən Həsən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Mətbuatda yayılan məlunata görə, Həsən Hüseynovun DTX tərəfindən saxlanılanlıb. O, İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşıdır. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin