BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən R.Məmmədov (şərti) barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal həbsdən azad olunub. Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin şikayətini təmin etməyib. İttihama görə, 1989-cu il təvəllüdlü R.Məmmədov tanışı, Türkiyə vətəndaşı Şaşmaz Bülənt Əhməd oğlunun Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55 000 manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadıb. O, həmin şəxsdən qeyd olunan pulu dələduzluq yolu ilə ələ keçirib. R.Məmmədov ifadəsində özünü təqsirli bilmədiyini, Bülentdən 20 000 manat pulu Ağstafa rayonunda yerləşən telefon mağazasına əlavə mal gətirmək və o, istəyəndə ona daha çox telefon göndərmək üçün alıb. Bundan sonra mağazasına 10 000 manatlıq mal gətirdib, 10 000 manatı əlində saxlayaraq 3 ay sonra Bülentin özünə qaytarıb. O qeyd edib ki, götürdüyü 20 000 manat puldan tutulana qədər Bülentə 10 800 manat pul və 1 560 manatlıq telefon verib. Pulun qalanını ödəyə bilməməsinin səbəbi isə pandemiya düşməsi və karantin rejimi ilə bağlı alverinin dayanması olub. R.Məmmədov Pravda.az-a verdiyi açıqlamada bildirib ki, Şaşmaz Bülənt Əhməd oğlu məhkəməyə yalan ifadə verib: “Mən iş adamıyam, o məndən 40 min manat almaq istəyirdi. Məhkəmə də onun yalanını üzə çıxardı, ədalətli qərar verildi və mən bəraət aldım”.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin