BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Sarıoğlu: “MSK-da işçiləri qruplara bölərək məcburi qaydada tamaşalara aparırdılar”

“Restoran, kafe, əyləncə mərkəzləri və "mall"lardan ötrü darıxanların sayı hesabı yox. Amma opera, balet, teatr həsrətini çəkənlər barmaqla sayılır. Köhnə şəhər adətləri müstəqillik dövründə unudulub. Hesab edirəm ki, həmin qaydaları mütləq qaytarmaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bu təklifi Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri, jurnalist Azər Sarıoğlu irəli sürüb.

 

“Əks halda, biz maarifləndirilməklə yola gələn deyilik” deyən A.Sarıoğlu qeyd edib ki, məcburiyyət dövlət qulluqçularından başlamalı, məktəblərə qədər getməlidir: “Məsələn, mən MSK-da işləyərkən, işçiləri qruplara bölərək məcburi qaydada həmkarlar təşkilatının hesabına tamaşalara aparırdılar. Bir-iki tamaşadan sonra əvvəlki tamaşalara könülsüz gedənlər bilet üstündə dava salırdılar. Sağlıq olsun, pandemiya bitsin, bu adətləri bərpa etmək vacibdir - Prezident Administrasiyasından, Milli Məclisdən tutmuş Mənzil Kommunal və Texniki Xidmət Sahələrinə qədər...”

Tarix: 27 Aprel 2020, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin