BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı neft maşınqayırma zavodunu cərimə gözləyir - SƏBƏB

 

“Bakı neft maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi tərəfindən MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 11 Avqust 2023, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin