BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Prius" yol kənarındakı dəmir arakəsmələrə çırpılaraq alovlandı - VİDEO

Bakının Biləcəri qəsəbəsində "Toyota prius" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün gecə saatlarında baş verib.

 

Zərbədən sonra avtomobil alovlanıb. Sürücü isə ərazini tərk edib.

 

Şahidlər bildiriblər ki, əvvəlcə həmin avtomobil metronun "20 yanvar" stansiyasının yaxınlığında başqa bir "Prius"a çırpılıb və hadisə yerindən yayınıb.

 

Aslan

 

 

 

 

Tarix: 12 Avqust 2023, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin