BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda daha iki tələbə zəhərləndi

Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənib.

 

Səhiyyə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

 

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

Tarix: 30 Noyabr 2019, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin