BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyərək bıçaqlayan qısqanc ərlə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Mədəd Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Mədəd Əsgərov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihama görə, hadisə 18 yanvar 2023-cü il tarixdə, səhər saat 09 radələrində Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Belə ki, Mədəd Əsgərov yaşadığı evdə zərərçəkmiş, həyat yoldaşı Qəmər Əsgərova ilə  aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zamanı o, arvadının üz nahiyəsinə qəsdən bir dəfə başı ilə zərbə vurub. Nəticədə qadının üst dodağı yarılıb, beyini silkələnib və sağ göz qapağında şişkinlik əmələ gəlib. Daha sonra Mədəd Əsgərov otaqdakı masanın üzərindən bıçaq götürüb və Qəmərə 4 zərbə endirərək ümumilikdə qadına səkkiz dəfə xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 14 Avqust 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin