BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbiyə qarşı dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında

Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluqda təqsirləndirilən Elgün Nadirov barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 15-nə təyin edilib.

 

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: E.Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 14 Avqust 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin