BURADA REKLAMINIZ OLA
BİLƏR

Ana və övladlarının Kür çayında batması hadisəsinin bəzi detalları məlum oldu

Kür çayının Şəmkir rayonundan keçən hissəsində 3 nəfərin batmasının bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 13-ü saat 15 radələrində rayonun Kür qəsəbəsində yerləşən Narınqala istirahət mərkəzində qeydə alınıb.

 

Belə ki, Qazax rayon sakinləri - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova, onun oğulları, 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və 2008-ci il təvəllüdlü Akşin Elburus oğlu Kərimov suda boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 14 Avqust 2023, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin