BURADA REKLAMINIZ OLA
BİLƏR

“Akabe inşaat”la bağlı cərimə protokolu tərtib olundu

“Akabe” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az xəbər verir ki, müvafiq qurum protokolu İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsi əsasən tərtib edib.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur. Daha çox “Akabe İnşaat” kimi tanınan şirkət Avropa və Asiya brendlərinin Azərbaycandakı rəsmi distribütorudur.

 

Xəyal Quliyev

Tarix: 14 Avqust 2023, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin