BURADA REKLAMINIZ OLA
BİLƏR

“Guangzhou təbabəti” 8 min manat cərimələnə bilər – SƏBƏB

“Guangzhou təbabəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 14 Avqust 2023, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin