BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi Çin şirkətinə protokol yazdı

Dövlət Gömrük Komitəsi “Azərbaycan vanhong ceramics co.” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.

 

Pravda.az xəbər verir ki, Komitə MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 14 Avqust 2023, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin