BURADA REKLAMINIZ OLA
BİLƏR

“Foodstuff catering”ə cərimə yazıldı

“Foodstuff catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən protokol tərtib edilib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 15 Avqust 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin