BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanacaqdoldurma məntəqəsindəki partlayış: 25 nəfər ölüb, 66 nəfər yaralanıb

Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.

 

Bu barədə idarənin saytında məlumat yayılıb.

 

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.

 

Partlayış nəticəsində ölənlərin sayı üçü uşaq olmaqla 25 nəfərə çatıb, hazırda Mahaçqalanın tibb müəssisələrində 66 zərərçəkən var, onlardan 10-nun vəziyyəti ağırdır./Report

Tarix: 15 Avqust 2023, 06:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin