BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir siyasətçi güllələndi

Ekvadorun “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Brionesi Esmeraldas əyalətində güllələnib.

 

Bu barədə prezidentliyə namizəd Luis Qonzales məlumat verib.

 

"Ekvador öz tarixinin ən qanlı dövrünü yaşayır. Zorakılıq dalğasının qurbanı olan Pedro Brionesin ailəsibə başsağlığı verirəm.

 

Siyasətçi hazırkı hökuməti Ekvadorda təhlükəsizlik vəziyyətini pisləşdirməkdə ittiham edib.

 

“Expreso” qəzetinin yazdığına görə, ilkin məlumatlara görə, Briones ondan pul tələb edən dəstə üzvləri tərəfindən öldürülüb. Polis araşdırma aparır./APA

Tarix: 15 Avqust 2023, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin