BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotik tərkibli dərman satan şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsində təqsirləndirilən Habil Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Məmmədova şərti cəza verilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə protesti təmin etməyib.

 

İttihama görə, Habil Məmmədov 25 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanışı Rafiq Əliyevdən (şərti) yalnız həkim tərəfindən yazılmış resept əsasında narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə saylı 126 ədəd olan ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən preqabalin maddələrinin ümumi miqdarı 18,9 qram olan və hər bir konvalyutda 14 ədəd kapsul olmaqla, 9 ədəd kolvalyutda “Alyse-150” göstəricili preparatlarını 190 manat pulun müqabilində satış məqsədi ilə qanunsuz əldə edərək, üzərində saxlamaqla gəzdib. O, həmin tarixdə, saat 17 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Mado” restoranında həmin preparatını ümumi miqdarı 2,1 qram olan 1 ədəd kolvalyutda 14 ədəd “Alyse-150” göstəricili preparatları tanışı Qabil Qafarova (şərti) 40 manat müqabilində qanunsuz satıb.

 

Habil Məmmədov daha sonra - 27 dekabr 2021-ci il tarixdə, saat 18:20 radələrində Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Mado” restoranında saxlanılıb. O, Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılıb və orada üzərinə şəxsi axtarış aparılıb. Bu zaman Habilin əynindəki tünd yaşıl rəngli gödəkçənin daxili sol cibindən narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə sayı 112 ədəd olan ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən preqabalin maddələrinin ümumi miqdarı 16,8 qram olan və hər bir konvalyutda 14 ədəd kapsul olmaqla, 8 ədəd kolvalyutda “Alyse-150” göstəricili preparatlar aşkar olunaraq götürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Avqust 2023, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin