BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu döyərək bıçaqlayan şəxsə elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zabit Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 10 sentyabr 2022-ci il tarixdə,saat 10:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Əlibayramın çayxanası” adlı kafenin arxasında qeydə alınıb.

 

Belə ki, Zabit Vəliyev qonşusu, zərərçəkmiş Məhəbbət Əsədova (şərti) hadisədən bir gün əvvəl gecə saat 01 radələrində yaşadığı mənzilin eyvanından nalayiq sözləri kimə ünvanladığını soruşub. Qonşusu isə ona kim səs-küy salırdısa onu söydüyünü bildirib. Bu zaman həmin şəxslərin arasında şəxsi münasibətlər zəminində münaqişə olub. Sona qonşular dalaşıb. Zabit Vəliyev Məhəbbət Əsədovanı şillə və təpiklə vuraraq döyüb. Daha sonra təqsirləndirilən şəxs üzərində olan bıçaqla qonşusuna iki zərbə endirərək ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 15 Avqust 2023, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin