BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisini bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə sevgilisini bıçaqlamaqda təqsirləndirilən Samir Quluyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Quluyev 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

İttihama görə, 04 may 2021-ci il tarixdə, saat 21 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Samir Quluyev ilə kirayədə yaşadığı mənzildə qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Səma Sarıyeva (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə baş verib. Bu zaman o, mətbəxdən götürdüyü bıçaq ilə qadının qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq bədən xəsarəti yetirib.

 

Kamal Məmmədov

Tarix: 15 Avqust 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin