BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nikosayağı” qəzanı necə törədib? – TƏFƏRRÜAT

Bakıda tanınmış bloger Nicat Şakirlinin qəzaya düşdüyü hadisənin təfərrüatı məlum olub.

 

Pravda.az xəbər verir ki, hadisə bu gün gecə saat 1 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili qarşıdan gedən Gürcüstan vətəndaşı Ramiz Aivazovun idarə etdiyi yük maşınına vurub. Nəticədə xəsarət alan vətəndaş Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hadisə zamanı Gəncə sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Qeyd: Hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.

 

Nadir

Tarix: 15 Avqust 2023, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin