BURADA REKLAMINIZ OLA
BİLƏR

Həsən Ruhaniyə qarşı cinayət işi açıldı

İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

 

Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında bildirib.

 

“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, - o qeyd edib.

 

Həsən Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur./APA

Tarix: 15 Avqust 2023, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin