BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi “Okean avto”ya cərimə yazdı

Dövlət Gömrük Komitəsi “Okean avto 2011” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazıb.

 

Pravda.az-ın xəbərinə görə, Komitə MMC-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 16 Avqust 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin