BURADA REKLAMINIZ OLA
BİLƏR

“Penoplex prikavkazye” barəsində də protokol yazıldı – Bu qədər cərimə gözləyir

“Penoplex prikavkazye” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin yazdığı protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 16 Avqust 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin