BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda hamilə arvadını xəyanətə görə öldürmək istədi - AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Səbuhi Həsənov yaşadıqları evdə hamilə arvadı Aysun Məmmədlini, onun yaxın qohumları – qadının anasını, xalasını və qardaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Səbuhi Həsənov məhkəmədə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Aysunu qısqanclıq zəminində bıçaqlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ona xəyanət, 3-cü uşaq başqa kişidəndir.

 

Qeyd: Hadisədən bir neçə gün sonra zərərçəkmiş Aysun Məmmədli 3-cü uşağı dünyaya gətirib.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2023, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin