BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanacaq doldurma məntəqələrinə silahlı basqın edən şəxsə 12 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Alı Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, 1993-cü təvəllüdlü Alı Alıyev 28 sentyabr 2021-ci il tarixinə keçən gecə sərxoş vəziyyətində Lənkəran rayonu, Şirin Su kəndində yerləşən “OYES” yanacaq doldurma məntəqəsinə, 07 oktyabr 2021-ci il tarixinə keçən gecə Lənkəran rayonu, Girdəni kəndində yerləşən “Girdəni Petrol” yanacaq doldurma məntəqəsinə bıçaqla basqın edib. Nəticədə o, zərərçəkmişlərə xəsarət yetirib və oradan quldurluq yolu ilə pul və telefon aparıb.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin