BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bahalı avtomobil qəza törədən sürücü məhkəmə qarşısında

Bakıda bahalı avtomobil qəza törətməkdə təqsirləndirilən Azad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin mayında paytaxtın Xəzər rayonu ərazisində baş verib. Sürücü, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “AUDİ A6” minik markalı avtomobillə Buzovna-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” minik markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Piyada A.Kazımov hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü 14.03.1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin