BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan media eksçeync”ə cərimə niyə yazılıb?

“Azərbaycan media eksçeync” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravvda.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən protokol tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 17 Avqust 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin