BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda valideyni uşağa araq içirdir - VİDEO

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal bu məsələyə reaksiya verməlidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  sosial şəbəkədə valideynləri tərəfindən azyaşlı uşağa spirtli içkinin içirilməsi ilə bağlı yayılan videodan danışarkən deyib. Sədr bildirib ki, uşağın ailəsi ona hədə-qorxu gəlib: "Mən videonu paylaşıb fikrimi bildirmişəm. Videonu yaydıqları bəs deyilmiş kimi, üstəlik uşağın babası mənə zəng edib: "Bu, ailə daxilində olan məsələdir. Böyüyün varsa gedim onunla danışım", - deyə mənə hədə-qorxu gəldi. Bu məsələ ictimailəşməli və uşağa içki içirənlər cəzalanmalıdır. Uşağı baba öyrədir".

 

Qeyd edək ki, sosial şəbəkədə valideynləri tərəfindən azyaşlı uşağa spirtli içki içirilməsini əks etdirən video paylaşılıb.Qaynarinfo

 

Tarix: 28 Aprel 2020, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin