BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixiatrik xəstəxanadan qayıdandan sonra “dəli” ifadəsinə görə əmisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Saatlıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S.Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 23-nə təyin edilib.

 

Qeyd: Bu ilin yanvarında S.Səmədov Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Saatlı rayonuna qayıdıb. Əmisi Cəmaləddin Səmədov ona "dəli" deyib. Bu zaman S.Səmədov əsəbiləşərək cibində olan bıçaqla əmisinin bədən nahiyyəsinə iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix: 17 Avqust 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin