BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbolçunun “Sabah” klubuna qarşı məhkəmənin vaxtı bilindi

“Sumqayıt” futbol klubunun yarımmüdafiəçi Elşən Abdullayev sabiq komandası “Sabah”a qarşı məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsində keçiriləcək proses sentyabrın 4-nə təyin edilib.

 

İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Elşən Abdullayev tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Qeyd: 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 yığmalarının də uğurları üçün çalışıb. Elşən Abdullayev bu ilin yanvarında “Səbail”dən “Sumqayıt”a keçib. O, "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında “24” nömrəli formada çıxış edir. E.Abdullayev məhkəməyə verdiyi “Sabah”ın formasını isə 2021-ci ildə geyinib.

 

Kamal Məmmədov

Tarix: 17 Avqust 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin