BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbiyə qarşı dələduzluq edən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluqda təqsirləndirilən Elgün Nadirovun barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: E.Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 17 Avqust 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin