BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çocuklar Duymasın"ın "Duyğu"su tanınmaz halda - FOTO

"Çocuklar Duymasın" serialındakı "Duygu" obrazı ilə tanınan Ayşecan Tatarinin son halı hamını şoka salıb. Bakupost.az xəbər verir ki, aktrisa sosial media hesabında yayımladığı fotolara yazılan şərhlərdən narahat olduğunu bildirib.

Sosial şəbəkə istifadəçiləri ona “Qocalmısan”, “Sənə nə olub?”, kimi şərhlər yazıb.

Tatari “Zəhmət olmasa şərhləri açıb oxuyun. Bu normal deyil. Mənə gözəlsən filan kimi mesajlar göndərməyə ehtiyac yoxdur. And olsun ki, güzgüyə baxanda həyatda gördüklərimdən, hisslərimdən çox razıyam. Bu şərhlərin mənim həyatımda heç bir fərqi yoxdur. Bu, qorxuludur, xəstəlik kimidir. Məsələ mənim gözəl olub-olmamağımda deyil. Bu aqressivlik virusa bənzəyir. Sizin şərhləriniz məni qorxudur".

Qeyd edək ki, 2017-ci ildə Edip Tepeli ilə ailə quran Ayşecan Tatarının bir qızı var.

Fotoları təqdim edirik
Tarix: 17 Avqust 2023, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin