BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Aprelin 29-da gözlənilən hava proqnozu açıqlanıb.

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  15-19° isti olacaq.

 

Bakıda gecə 10-12° isti, gündüz  17-19° isti olacaq.

 

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-50 % olacaq. 

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 7-12° isti, gündüz  18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz   7-12°  isti olacaq.

Tarix: 28 Aprel 2020, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin