BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-92 markalı benzinin istehsalı ilə məşğul olan zavoda protokol yazıldı

Aİ-92 markalı benzinin istehsalı ilə məşğul olan zavoda – Heydər Əliyev adına Neft Emalı Zavoduna cərimə prortokolu yazılıb.

 

Pravda.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi zavoda protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 18 Avqust 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin