BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cahan tabak beynəlxalq” və “Cahan satınalma” şirkətləri məhkəməyə verildi

“Cahan tabak beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi MMC-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Mərkəzi Bank isə “Cahan satınalma” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazıb.

 

Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Hər iki iş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 18 Avqust 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin