BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülviyyə Alovlu ilə bağlı yenidən məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılıb.

 

Məhkəmənin növbəti iclası avqustun 31-nə rəyi edilib.

 

Binəqədi Rayon Məhkəməs onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib.

 

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

 

Kamal Məmmədov

Tarix: 18 Avqust 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin