BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyləqanda 4 nəfəri öldürərək ömürlük cəza alan şəxs apellyasiya şikayəti verdi

Gəncə Apellyasiya Məhkəməsində Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılıb.

 

Məhkəmənin növbəti iclası avqustun 28-nə rəyi edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin dekabr ayında baş verib. 
Belə ki, 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L.Cəlilov özünü asaraq intihar edib.

 

Kamal Məmmədov

Tarix: 18 Avqust 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin