BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

"Tərsanə" firması Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə firma Bakı İnzibati Məhkəməsinə müraciət edib.

 

Belə ki, "Tərsanə" firması inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələbi irəli sürüb. İş hakim Miminat Hacıbəyovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 18 Avqust 2023, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin