BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yarım milyonu mənimsəyən mağaza direktoruna AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza direktoru Tural Heydərlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

 

Kamal Məmmədov

Tarix: 18 Avqust 2023, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin