BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamal Yaşar: “Mədəniyyət Nazirliyində daha yaxşı şeylərin olacağına inanıram”

“Düşünürəm ki, yeni mədəniyyət naziri vəzifəyə gələndən dəyişikliklər olur və olacaq. Bunun birinci nümunəsi teatr və kino forumunun keçirilməsidir. Ardınca dəqiq büdcə müəyyən edilərək ssenari müsabiqəsi elan olundu. Burada şəffaflıq gözlənilir. Əvvəllər də ssenari müsabiqələri olub, amma budəfəki digərlərindən fərqlənir. Çünki bu dəfə məbləğ daha dəqiq açıqlanıb. Deyilənə görə, məbləğin hamısı dəqiq bölünəcək və ayrılacaq. Bundan əlavə, yeni nazir gələndən sonra Mədəniyyət Nazirliyində bir çox islahatlar oldu. Bu sarıdan ümidliyəm ki, daha yaxşı şeylər olacaq. Buna çox inanıram”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış dublyaj aktyoru, rejissor Kamal Yaşar deyib.

 

K.Yaşar “mədəniyyət naziri bu sahədə təcrübəli, peşəkar sənətkarlardan biri olmalıdır, “Mədəniyyət Nazirliyinin işini dövlət də görə bilər, bu qurum olmasa da olar” kimi fikirlərə isə belə münasibət bildirib: “Mən belə düşünmürəm. Bu cür düşünməməyimin ən tutarlı səbəbini deyim. İllərdir, bizim kinomuzu ən çox geridə qoyan məsələlərdən biri elə bu düşüncədir. Müasir kinomuzun ən ciddi problemlərindən biri prodüser problemidir. İnsanlara elə gəlir ki, illah kinoda çalışanların hamısı məhz kino adamı olmalıdır. Belə şey yoxdur. Kinonun yaradıcı tərəfində, bəli, kino, sənət adamları olmalıdır. Amma struktur, inzibati tərəflərində mütləq peşəkar kənar şəxslər, çox ciddi prodüserlər lazımdır. Prodüser kino adamı olmaya da bilər. Prodüser sabah dəyirman daşı da, dərman da, dijital məhsullar da sata bilər. Əgər o, mütəxəssisdirsə, öz peşəsinin peşəkarıdırsa, vəssalam. Deməli, bu adam kinonu aparıb xaricdə satacaq. Bizim serialı dünya festivallarında stenddə sata biləcək. Mədəniyyət Nazirliyi bir qurumdur, strukturdur. Ora mütləq ancaq hansısa mahnı oxuyan, yaxud aktyor fayda verə bilər deyə bir şey yoxdur. Mən bu düşüncədə deyiləm. Mühüm olan budur ki, sevgi ilə yanaşılsın. Fərqi yoxdur. Əsas odur ki, peşəkarlıq olsun”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2023, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin