BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi arvadını ev əşyalarının yerlərinin dəyişdirilməsinə görə döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Valeh Maratovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Valeh Maratov yaşadıqları evdə olan zaman arvadı, zərərçəkmiş Lalə Maratova (şərti) ilə aralarında ev əşyalarının yerlərinin dəyişdirilməsi ilə bağlı mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs şillə və yumruqlla qadının sifət, əl, bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub. Nəticədə o, Lalə Maratovanın sağ əlinin barmağının orta falanqasının geniş sahəli şişkinlik halında qançırı, orta falanqa oynağının hemartrozu ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin