BURADA REKLAMINIZ OLA
BİLƏR

"200" MTK-nın rəhbəri ilə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd: Təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar.

 

İş üzrə 23 nəfər zərərçəkmiş var.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2023, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin