BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qızları Türkiyədə əxlaqsızlığa cəlb edən qadınla bağlı QƏRAR

Ali Məhkəmədə insan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Qadın Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub. Məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2023, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin