BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qonşusunu qətlə yetirən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində 66 yaşlı kişini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mürsəlov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə 2019-cu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb. Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2023, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin