BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank Bakı İstixana Kombinatını işlədən şirkətə protokol yazdı - Valyuta vəsaitini xaricdən geri qaytarmayıb

 “Grovv group Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı şirkətə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: “Grow Group Azerbaijan” MMC müasir tipli istixana fəaliyyəti ilə məşğul olur. Şirkət Bakı İstixana Kombinatını işlətməklə yanaşı, bu sahədə təchizatçı, quraşdırma təminatçısı və məsləhətçidir.

 

Xəyal Quliyev

Tarix: 21 Avqust 2023, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin