BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəhruz Şirəliyevin şirkətini cərimə gözləyir

“Zeytun pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən protokol İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Şirkətin sahibi Bəhruz Şirəliyev Əvəz oğludur. Məlumata görə, B.Şirəliyev "Nurgün Holding"in rəhbəri Nuru Əliyevə yaxın şəxsdir.

 

Xəyal Quliyev

Tarix: 22 Avqust 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin